ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

Yeni rəqəmsal təcrübələrlə müştərilərin işini asanlaşdıran ABB daha bir maraqlı xidməti təqdim edib. Bank özünün partnyor şəbəkəsinə aid olan e-ticarət saytlarında və mobil tətbiqlərdə tokenlə (Apple Pay/Google Pay) ödəniş imkanı yaradıb. Belə ki, indi müştərilər ABB partnyorunun saytına və ya mobil tətbiqinə daxil olduqda ödənişi elektron pulqabındakı istənilən kartla dərhal ödəyə bilirlər. Müştərinin hər hansı kart məlumatlarını daxil etməsinə, əlavə eyniləşdirmə üsullarına ehtiyac qalmır.

ABB layihəni Visa ilə tərəfdaşlıq əsasında reallaşdırıb. ABB-nin e-ticarət tərəfdaşları üçün yaratdığı bu imkan onlara məxsus sayt və mobil tətbiqlər üzərindən daha rahat, sürətli və təhlükəsiz ödənişləri təmin edəcək.

Partnyorlar ABB-yə müraciət edərək müştərilər üçün “Apple Pay” və “Google Pay” ilə onlayn ödənişlərin qəbulunu aktivləşdirə bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib

İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı