Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub - BBN

İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində  Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri ilə tematik görüş keçirilib.

İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Strategiyada nəzərdə tutulmuş tədbirlərin effektiv, tam və vaxtında icrasını təmin etmək üçün həyata keçirilən işlərdən danışıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov isə “Maliyyə resurslarına çıxışın artırılması” fəaliyyətinə daxil olan tədbirlər üzrə hədəf göstəricilərin icrası ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlərə dair məlumatlar təqdim edib.

Görüşdə həmçinin bank aktivlərinin və kredit resurslarının sosial-iqtisadi inkişafa təsirləri və iqtisadi aktivliyə töhfəsi ilə bağlı məlumatların indikativ planlaşmalarda nəzərə alınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı