Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilib - BBN

ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun törəmə müəssisəsi olan  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Bu prosesin davamı olaraq, 26-27 sentyabr 2024-cü il tarixlərində  ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilmişdir.

İki günlük baş tutan təlim proqramında təlimçilər qismində “Bank Respublika”ASC-nin Risklərin idarəedilməsi departamenti-direktor müavini Haşım Əliyev, “Bank Respublika”ASC-nin  Anderraytinq Departamenti, İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri Rasim Qasımov və “Kapital Bank” ASC-nin  Korporativ kreditlərin təhlili şöbəsinin meneceri Nicat Mustafazadə çıxış etmişdirlər.

Xatırladaq ki, bundan əvvəl 15-16 iyul 2024-cü il tarixlərində “MKOB-ların maliyyələşdirilməsi mövzusuna giriş”, “Anderraytinq prinsipləri”   mövzularında iki təlim təşkil edilmiş və 34 nəfər iştirak etmişdir.

 Ümumilikdə isə bu tədbirlər çərçivəsində 63 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

 Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

Related posts

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı