ABŞ bankı Azərbaycanın layihələrinə maliyyə dəstəyi üçün alətlər təqdim edəcək

ABŞ-nin İxrac-İdxal Bankı (US EXIM Bank) Azərbaycanın enerji, “yaşıl keçid”, translogistika və innovasiya layihələrinə maliyyə dəstəyi göstərmək üçün alətlər təqdim edəcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş iclasda bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti ilə birlikdə “US EXIM Bank”ın rəhbərliyi ilə keçirilən görüşdə ölkənin iqtisadi inkişafı və şaxələndirməsi istiqamətində əldə olunan nailiyyətlər, həmçinin iri investisiya layihələrinin icrası üçün açılan imkanlar müzakirə olunub.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

AccessBank QSC Avtomobillərin icbari və könüllü sığortası üzrə tender elanının vaxtı uzadıldı

Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı