ABŞ-dan Azərbaycana pul köçürmələri azalıb

ABŞ-dən fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 30 milyon 526 min dollar pul baratları göndərilib.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,7% (4 milyon 456 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 34 milyon 982 min dollara bərabər olub.

Qeyd edək ki, 6 ayda ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,4% təşkil edib.

Related posts

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

ABFTC “Bank əməkdaşları üçün “Sığorta Agenti” Attestasiyasına Hazırlıq Təlimləri” təşkil ediləcəkdir

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı