ABŞ-da mənzil kirayə etmək daha bahalı olub, xüsusilə də otaq yoldaşı ilə yaşamaq istəməyənlər üçün. Məsələn, New York şəhərində 1 otaqlı mənzil kirayə etmək ildən ilə orta hesabla 46.7% artıb. Burada bəzi ştatlar üzrə rəqəmləri qeyd edirik, tam siyahıya isə buradan baxmaq olar.
- Californiya: 1 otaqlı mənzil kirayə etmək üçün illik 64.615 dollar gəlirə ehtiyac var. Kirayəçilər üçün isə orta ailə gəliri 56.378 dollar olmalıdır.
- Florida: 1 otaqlı mənzil kirayə etmək üçün illik 41.953 dollar gəlirə ehtiyac var. Kirayəçilər üçün isə orta ailə gəliri 41.337 dollar olmalıdır.
- Illinois: 1 otaqlı mənzil kirayə etmək üçün illik 38.891 dollar gəlirə ehtiyac var. Kirayəçilər üçün isə orta ailə gəliri 40.623 dollar olmalıdır.
- Kansas: 1 otaqlı mənzil kirayə etmək üçün illik 27.774 dollar gəlirə ehtiyac var. Kirayəçilər üçün isə orta ailə gəliri 38.426 dollar olmalıdır.
- Massachusetts: 1 otaqlı mənzil kirayə etmək üçün illik 61.163 dollar gəlirə ehtiyac var. Kirayəçilər üçün orta ailə gəliri 49.546 dollar olmalıdır.