ABŞ-da FED üçün vacib olacaq hesabat açıqlanıb

Xəbər verdiyimiz kimi yanvarın 11-də ABŞ Mərkəzi Bankı (FED) üçün gələcək qərarlarında vacib olacaq inflasiya ilə bağlı hesabat açıqlanıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bildirilib ki, dekabrda istehlakçı qiymət indeksi 0.3% artıb və bu isə ekpertlərin gözləntilərindən çoxdur. Nəticədə bu rəqəmlər illik dərəcəni 3.4%-ə çatdırıb. Təxminlər isə 0.2% artım və illik 3.2% yönündə idi. Dekabrda ərzaq qiymətləri 0.2% artıb və bu isə noyabrdakı rəqəmlər ilə eynidir.

Qeyd edək ki, data-ların açıqlanmasından sonra səhm market fyuçerslərinin qiyməti neqativ təsir alıb və qiymətli kağızlar isə qismən artıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı