ABŞ-da inflyasiya gözləniləndən daha az artıb.
BBN.az xəbər verir ki, ABŞ Əmək Statistikası Bürosunun məlumatlarına əsasən, ABŞ-də yanvar ayında istehlak qiymətləri aylıq müqayisədə yüzdə 0,2 artaraq gözləntilərdən aşağı səviyyədə qeydə alınıb. Analitiklər qiymətlərin yüzdə 0,3 artacağını proqnozlaşdırırdılar.
İllik müqayisədə isə istehlak qiymətləri gözlənilən yüzdə 2,5 səviyyəsinə qarşılıq olaraq yüzdə 2,4 yüksəlib.
Xidmət xərclərindəki artımın təsiri ilə ilin əvvəlində ABŞ-də əsas inflyasiya avqust ayından bu yana ən yüksək səviyyəyə çatıb.
Məlumatlara görə, adətən dəyişkənlik göstərən ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan əsas istehlak qiymətləri indeksi dekabr ayı ilə müqayisədə yüzdə 0,3 artaraq gözləntilərə paralel olub. Eyni zamanda, əsas istehlak qiymətləri indeksi illik müqayisədə 2021-ci ildən bəri ən aşağı artım göstəricisini qeydə alıb.
İnflyasiyadakı cüzi artım əsasən aviaşirkət biletləri, şəxsi qulluq, əyləncə, səhiyyə xidmətləri və rabitə sahələrində qiymətlərin yüksəlməsi ilə əlaqədar olub. Bununla yanaşı, ötən ay ikinci əl avtomobillər və yük maşınları, ev mebelləri və avtomobil sığortası qiymətlərində azalma müşahidə edilib.