Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-da inflyasiya rekord səviyyəyə yüksəlib

ABŞ-da inflyasiya rekord səviyyəyə yüksəlib

Koronavirus pandemiyasının qlobal məcrada yayılması dünya ölkələrinin iqtisadiyyatlarına müxtəlif sahələrdə təsir göstərib. Sözügedən təsirlərin ən çox qeydə alındığı indikatorlardan biri isə istehlak qiymətləri indeksidir.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-dan da bu təsirlər yan keçməyib. Belə ki, cari ilin oktyabr ayında ölkədə 6.2% səviyyəsində inflyasiya göstəricisi qeydə alınıb. Bu isə, son 31 ildə qeydə alınan ən yüksək göstəricidir.

Vaşinqton mərkəzli “Pew Research Center” tərəfindən aparılan araşdırmalara görə, ABŞ üçüncü rübdə inflyasiya göstəricilərinə görə 46 ölkə arasında səkkizinci yerdə qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, tarixdə ilk dəfədir ki, “Dollar Tree” supermarketlər şəbəkəsi də inflyasiyadan təsirlənib. Belə ki, yarandığı ildən etibarən bütün məhsullarının satış qiyməti 1 dollar olan bu şəbəkə artıq bu həftədən etibarən bütün qiymətləri 1.25 dollar səviyyəsinə yüksəldir.

Related posts

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb

ABŞ-ın xam neft ehtiyatları təxminən 1,9 milyon barel artıb

TƏCİLİ: Trampdan İrana sarsıdıcı xəbərdarlıq – “Sıradakı hədəf körpülər və elektrik stansiyalarıdır!”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı