Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-da ipoteka faiz dərəcələri ardıcıl 4 həftə endikdən sonra yenidən artıb - BBN

ABŞ-da ipoteka faiz dərəcələri ardıcıl 4 həftə endikdən sonra yenidən artıb

Bu həftə ABŞ-da ipoteka faiz dərəcələri ardıcıl 4 həftə endikdən sonra yenidən artıb. Buna səbəb isə əmək bazarının gözləniləndən daha güclü olduğunu göstərən hesabatların açıqlanması olub. Nəticədə bazarda belə bir fikir yaranıb ki, ABŞ Mərkəzi Bankı (FED) inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcələrini artırmağa davam edəcək. 

BBN.az CNN Business-ə istinasən xəbər verir ki, fevralın 9-da 30 illik orta ipoteka faiz dərəcələri bir həftə əvvəlki 6.09%-dən 6.12%-ə yüksəlib. Bir il əvvəl 30 illik orta ipoteka faiz dərəcələri isə cəmi 3.69% idi. 

Qeyd edək ki, 2023-cü il yanvar məlumatına görə əmək bazarına proqnozlardan daha çox 517.000 iş yeri əlavə edilib, bu isə bazarın güclü olduğuna işarədir. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı