ABŞ-da ipoteka faizləri son 22 ilin ən yüksək həddinə çatıb

ABŞ İpoteka Bankirlər Assosiasiyasının (MBA) məlumatlarına görə 30 illik ipoteka krediti üzrə orta faiz dərəcəsi sentyabrın 22-də bitən həftədə 10 baza bəndi artaraq 7,41 faiz təşkil edib.

BBN.az xəbər verir ki, bu artımla mənzil alqı-satqısı müraciətləri də onilliklərin ən aşağı səviyyəsinə düşüb.

Son vaxtlar borclanma xərclərinin artması artıq çətin dövrünü yaşayan mənzil sektoruna daha da mənfi təsir göstərir.

Maliyyə xərclərinin artmasına baxmayaraq, məhdud təklif səbəbindən mənzil qiymətləri artmaqda davam edir.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı