ABŞ-da Johnson & Johnson-a verilən cərimə ləğv edildi

Dörd iddiaçı Johnson & Johnson-a məxsus olan “uşaq pudrası”nın tərkibində onlar üçün zərərli olan maddələrin olduğunu iddia edərək şirkəti məhkəməyə vermişdi. Nyu-Cersi Apellyasiya Məhkəməsi isə verilən qərarı ləğv edib. Buna səbəb isə aşağı instasiya məhkəmənin iddiaçıların məhkəmə prosesində təqdim edikləri elmi ekspertizaların bəzilərinin əsası olub-olmadığını düzgün qiymətləndirə bilməməsi olub.

BBN.az xəbər verir ki, Apellyasiya Məhkəməsi iş üzrə qərarı ləğv etsə də, yeni məhkəmə iclasının keçirilməsinə qərar verib.

Qeyd edək ki, ABŞ Apellyasiya Məhkəməsi xərçəngə səbəb olduğu iddia edilən “uşaq pudrası” işi üzrə Johnson & Johnson-a verilən 223,8 milyon dollar cəriməni ləğv edib.

Əlavə edək ki, aprel ayında Johnson & Johnson “uşaq pudrası”nın xərçəngə səbəb olduğu iddiaları ilə açılan digər məhkəmə işləri üzrə isə növbəti 25 il ərzində 8,9 milyard dollar ödəməyə razılıq vermişdi.

 

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı