Forbes: ABŞ-da kömürə olan tələb son 15 ilin ən aşağı səviyyəsinə enib

ABŞ da daxil olmaqla, qlobalda isti havaların davam etməsindən dolayı birincidə kömürə olan tələb son 15 ilin ən aşağı səviyyəsinə enib. 

BBN.az Forbes.com nəşrinə istinadən xəbər verir ki, bu enmənin olmasının arxasında isə bir neçə əsas faktor dayanır. Birinci növbədə kömür ilə müqayisədə indi təbii qazın istehlakı daha sərfəli hesab edilir. İstehsalın artmasından dolayı təbii qazın qiymətləri enib. Bir çox zavodlar istehsallarını kömürdən təbii qaza dəyişiblər. Bu, həm qaz emissiyasının həcmini azaltmaqdan dolayı, həm də iqtisadi baxımından daha ucuz olması ilə bağlıdır. Həmçinin külək, günəş kimi yenilənəbilən enerji mənbələrinin inkişafı da sektora əlavə dəstək olur. Hökumətin siyasətində dəyişiklik etməsi isə iqlim dəyişikliyi ilə mübarizə və hava, suyun çirklənməsinin qarşısını almaq məqsədi daşıyır. 

Qeyd edək ki, Forbes yazır ki, ABŞ-da kömür istehlakına olan tələb ensə də, Asiya ölkələri hələ də ondan istifadə edirlər və bu trend hələ də çox yüksəkdir. Səbəb isə Asiya da daxil olmaqla, İEÖ-də kömürün ucuz olması, çox olması və bu ölkələrdə sürətli istehsalı ilə bağlıdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı