ABŞ-da regional banklardan biri bağlanıb

İyulun 28-də, cümə günü ABŞ-da regional banklardan biri “Heartland Tri-State Bank” Kansas bank tənzimləyicisi tərəfindən bağlanıb.  

BBN.az bitcoin.com-a istinadən xəbər verir ki, bildirilir ki, martın 31-ə bankın təxminən 139 milyon aktivi və ümumi 130 milyon depoziti olub. Bildirilir ki, bəzi banklar iflas edən bankın aktivlərini alıblar və depozit sahibləri isə əmin edilib ki, onlar vəsaitlərini alacaqlar.  

Əlavə edək ki, adıçəkilən regional bank da daxil olmaqla belə bir hal artıq 4-cü dəfədir ki, ölkədə yaşanır. Daha öncə isə “Silicon Valley Bank”, “Signature Bank”, “First Republic Bank” bağlanmışdı. Eyni zamanda “Silvergate Bank”ın da likvidlik ilə bağlı problemləri var idi.  

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı