Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-dan Çinə süni intellekt çiplərinin ixracı sərtləşdirilib - BBN

ABŞ-dan Çinə süni intellekt çiplərinin ixracı sərtləşdirilib

ABŞ Ticarət Nazirliyindən verilən açıqlamada, keçən il süni intellekt çip ixracına qoyulan məhdudiyyətlərdən sonra ortaya çıxan boşluqların aradan qaldırılması üçün yeni qaydaların tətbiq ediləcəyi bildirilib.

BBN.az xəbər verir ki, əvvəlki məhdudiyyətlərin ABŞ-da süni intellekt şirkətlərinin üstünlük verdiyi prosessor Nvidia H100-ün satışını qadağan etdiyi xatırladılan açıqlamada, Çin şirkətlərinin bunun əvəzinə ABŞ məhdudiyyətlərindən təsirlənməyən H800 və ya A800 adlı bir qədər yavaşlamış versiyanı ala biləcəyinə diqqət çəkildi.

Açıqlamada, yeni qaydaların çiplərin digər versiyalarını da məhdudlaşdıracağı və Nvidia-dan başqa, Intel və Advanced Micro Devices (AMD) kimi yarımkeçirici ticarət şirkətlərinin də Çinə ixracının məhdudlaşdırılacağı bildirilir.

Həmçinin qeyd olunub ki, ABŞ-ın məhdudiyyətlərinə məruz qalan yarımkeçiricilər istehsal avadanlıqlarının siyahısını genişləndirməyi planlaşdırılır.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı