Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-ın büdcə kəsiri avqustda 345 milyard dollar təşkil edib - BBN

ABŞ-ın büdcə kəsiri avqustda 345 milyard dollar təşkil edib

ABŞ Maliyyə Nazirliyi avqust ayı üzrə büdcə balansı göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, ötən ay federal hökumətin büdcə kəsiri əvvəlki ilin avqustu ilə müqayisədə 9% azalaraq 380 milyard dollar təşkil edib. Halbuki bazar gözləntiləri 305,7 milyard dollarlıq kəsir idi.

Məlumata görə, avqustda dövlət gəlirləri illik 12% artaraq 344 milyard dollara yüksəlib, xərclər isə dəyişməyərək 689 milyard dollar səviyyəsində qalıb. Maraqlı məqam odur ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti nəticəsində gömrük rüsumlarından daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 296% artaraq 30 milyard dollara çatıb.

Ümumilikdə, 2025-ci maliyyə ilinin 11 ayında federal büdcə kəsiri 1 trilyon 973 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 1 trilyon 897 milyard dollar idi.

Eyni zamanda, sözügedən dövrdə gəlirlər 7% artaraq 4,7 trilyon dollar, xərclər isə 6% artaraq 6,7 trilyon dollar səviyyəsinə çatıb.

Related posts

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı