Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb - BBN

ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb

ABŞ Maliyyə Nazirliyi iyul ayına dair büdcə balansı hesabatını açıqlayıb.

BBN.az xəbər verir ki, federal büdcə kəsiri iyul ayında ötən ilin eyni dövrünə nisbətən 19,4% artaraq 291 milyard dollara çatıb. 2025-ci maliyyə ilinin ilk 10 ayında isə (1 oktyabr 2024 – 30 sentyabr 2025) ümumi kəsir 1,6 trilyon dollar olub.

Keçən ilin iyulunda büdcə kəsiri 243,7 milyard dollar təşkil edirdi. Bu dəfə isə bazar proqnozları 206,7 milyard dollarlıq kəsir gözləsə də, faktiki göstərici xeyli yüksək olub.

Hesabata əsasən, iyul ayında dövlət gəlirləri illik müqayisədə 2,5% artaraq 338,5 milyard dollara, xərclər isə 9,7% artaraq 629,6 milyard dollara yüksəlib. Maraqlı məqam ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə uyğun olaraq, gömrük rüsumlarından əldə edilən xalis gəlir illik müqayisədə 287,9% artaraq təxminən 28 milyard dollara çatıb.

Maliyyə ilinin ilk 10 ayında gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 4,4 trilyon dollara, xərclər isə 6,7% artaraq 5,9 trilyon dollara yaxınlaşıb. Ümumi büdcə kəsiri isə ötən ilin eyni dövrünə nisbətən 7,4% artaraq 1,6 trilyon dollar olub.

Related posts

İqtisadiyyat Nazirliyi: Neft-qaz hasilatı azalacaq, 2030-a doğru artım bərpa olunacaq

ING Group Azərbaycanda ÜDM artımı üzrə proqnozunu açıqladı

Dolların “qara həftəsi”: Sülh ümidləri ABŞ valyutasını taxtından salır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı