Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-ın Louisville şəhərindəki “Old National Bank”ına silahlı basqın olub - BBN

ABŞ-ın Louisville şəhərindəki “Old National Bank”ına silahlı basqın olub

ABŞ-ın Kentucky regionunun Louisville şəhərində yerləşən “Old National Bank”ına silahlı basqın olub. BBN.az NBC News TV kanalına istinadən xəbər verir ki, silahlı yaşları 40-64 arası olan 5 nəfəri öldürüb və 9 nəfəri isə yaralayıb.

Yerli polis bölməsindən isə bildirilib ki, basqın təsadüfi olmayıb və silahlı elə hadisə yerində öldürülüb. Hadisəni törədən isə 25 yaşlı gənc olub və basqın anını Instagram profili üzərindən canlıya alıb. Meta-dan isə qeyd edilib ki, onlar canlı yayımı dərhal platformadan qaldırıblar. Silahlı hücum zamanı polis nəfərlərindən biri beynindən zədə alıb, xəstəxanada əməliyyat edilsə də vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Related posts

ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

Aİ və ABŞ barışığa nail oldular: Milyardlarla avroluq vergilər dayandırıldı

“Apple” fevral ayında Siri-nin yeni versiyasını təqdim etməyi planlaşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı