Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Nvidia" 2 milyard dollarlıq böyük investisiya elan etdi - BBN

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

“Nvidia” süni intellekt bulud infrastrukturunu genişləndirmək üçün Nebius Group-a 2 milyard dollar sərmayə qoyacağını açıqladı.

BBN.az xəbər verir ki, çip istehsalçısı bu addımın Nebius-un mühəndislik imkanlarına inamı əks etdirdiyini və genişmiqyaslı süni intellekt hesablama infrastrukturunun inkişafını dəstəkləyəcəyini bildirdi.

Müqaviləyə əsasən, iki şirkət genişmiqyaslı süni intellekt məlumat mərkəzlərinin dizaynı və quraşdırılması üzərində birgə işləyəcək. “Nebius”  Nvidia-nın ən son texnologiyalarına erkən giriş əldə edəcək və böyük süni intellekt klasterlərinin idarə olunması üçün proqram təminatı və sistem inkişaf prosesləri üzərində əməkdaşlıq edəcək.

“Nvidia” son zamanlar süni intellekt infrastruktur təchizat zəncirinə investisiyalarını artırır. Ötən həftə şirkət süni intellekt məlumat mərkəzlərində istifadə olunan qabaqcıl optik texnologiyaların inkişafını sürətləndirmək məqsədi ilə Lumentum və Coherent şirkətlərinə hər biri 2 milyard dollar sərmayə qoyub.

Related posts

“Kapital Bank” 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellektlə materiallar hazırlamaya görə cəzalar müəyyənləşir

“Amazon” “Anthropic” şirkətinə 25 milyard dollar investisiya yatırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı