Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ Mərkəzi Bankının rəhbəri Jerome Powell-in yeni açıqlaması gündəm olub - BBN

ABŞ Mərkəzi Bankının rəhbəri Jerome Powell-in yeni açıqlaması gündəm olub

ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Jerome Powell “Jackson Hole symposium”da (FED tərəfindən təşkil edilən illik tədbirdə) çıxış edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, FED sədri çıxışında qeyd edib ki, əsas faiz dərəcələri daha da arta və uzun müddət yüksək qala bilər: “Eyni zamanda inflyasiya özünün pik həddindən aşağı ensə də, yenə də FED-in 2%-lik hədəfindən uzaqdır”. 

Jerome Powell əlavə edib ki, qlobal səviyyədə qiymətləri yüksəkdə saxlayan faktorlardan biri də Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarıdır: “Əsas inflyasiyanın 2022-ci ildəki özünün pik həddi olan 9.1%-dən enməsinə rəğmən, ərzaq və enerjinin qiymətləri yenə də dəyişkən olaraq qalır”, – deyə tənzimləyicinin rəhbəri əlavə edib.  

Həmçinin sədr qeyd edib ki gələcək faiz artımları ilə bağlı qərar isə ABŞ-da gözlənilən data-ların nəticələrinə bağlı olacaq.  

Qeyd edək ki, ABŞ-da iyul ayında illik inflyasiya 3.2% olub və əsas faiz dərəcəsi isə 5.25%-dir və bu isə son 22 ilin ən yüksək səviyyəsindədir. FED bu rəqəmə isə 2022-ci ilin əvvəlindən bu yana etdiyi 11 ardıcıl faiz artımı qərarlarından sonra çatıb. 

Related posts

“Allianz Trade” Azərbaycanın reytinqini yüksəltdi

AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında

Bakı Fond Birjası UNEC tələbələri üçün “Azərbaycanın makro, mikro iqtisadi və kapital bazarlarına dair bülletenin təqdimatı”nı təqdim edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı