Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Qara dəniz-Xəzər logistika 2023” forumu keçiriləcək - BBN

“Qara dəniz-Xəzər logistika 2023” forumu keçiriləcək

Sentyabrın 20-21-də Azərbaycan Dəniz Mühəndisliyi və İnşaat MMC (AMEC) tərəfdaşlığı və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə “Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur” forumu keçiriləcək.

Bu barədə BBN.az-a ABADA-dan məlumat verilib.

Bildirilib ki, forumda müasir reallıqlar, logistika şirkətlərinin və yük sahiblərinin Qara dəniz və Xəzər dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadəsi və bu dinamikada yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafı məsələləri müzakirə ediləcək.

Həmçinin, forum çərçivəsində Qara dəniz və Xəzər regionunun logistika sənayesinin peşəkarları ilə birlikdə cari bazar problemləri istiqamətində müzakirələr aparılacaq.

Related posts

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV və AZƏRTAC-a xüsusi müsahibə verib

Yapon iqtisadiyyatında “yavaşlama”: ÜDM göstəriciləri aşağı yönlü yeniləndi!

Yaponiyada “Maaş İnqilabı”? 34 ildən sonra tarixi rekord!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı