ABŞ Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə əlaqədar yaxınlaşan iclaslarının tarixləri

2024-cü ilin geridə qalan ayları ərzində ABŞ Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə əlaqədar yaxınlaşan iclaslarının tarixləri aşağıdakı kimi olacaq. 20 mart, 1 may, 12 iyun, 31 avqust, 18 sentyabr, 7 noyabr, 18 dekabr. FED mart, iyun, sentyabr və dekabr iclaslarında iqtisadi proqnozların xülasəsini verəcək, uçot faiz dərəcəsi və digər vacib iqtisadi dəyişikliklər ilə əlaqəli proqnozları yeniləyəcəklər. Hər bir iclas monetar pul siyasəti ilə əlaqədar qərar açıqlandıqdan 30 dəqiqə sonra sədr Jerome Powell-in mətbuat konfransı ilə müşayiət olunacaq.

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, bildirilir ki, FED-in faiz azalmalarına mart ayından başlayaraq (əmək bazarı güclü olaraq qalmaqdadır) gedəcəyi hazırda real görünmür və tənzimləyici bu addımı yalnız may iclasında atacaq.

Forbes nəşri yazır ki, məşğulluq ilə bağlı göstəricilər digər aylar ilə müqayisədə daha ürəkaçan olsa da belə, yenə də güclü olaraq qalır. Əgər FED məşğulluğun azaldığını görsə, bu onlara faiz azalmalarına getmək üçün “cəsarət” verər.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Mərkəzi Bank tərəfindən “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı