ABŞ Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq edəcək

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Meksika və Kanadadan gələn məhsullara 25%, Çindən gələn məhsullara isə əlavə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Bu addımın arxasında məqsəd ölkəyə narkotik və cinayət gətirən karvanların qarşısını almaq üçün sərhəd təhlükəsizliyini artırmaqdır.

BBN.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində bildirib.

O vurğulayıb ki, minlərlə insan Meksika və Kanadadan ABŞ-yə daxil olur və özləri ilə misli görünməmiş miqyasda cinayət və narkotik ticarəti gətirir. Buna görə də Trampın andiçmə mərasimindən dərhal sonra ilk icra sərəncamlarından biri ABŞ-yə Meksika və Kanadadan göndərilən bütün mallara 25% rüsum tətbiq etmək olacaq.

Tramp qeyd edib ki, Meksika və Kanadanın hakimiyyət orqanlarının bu uzun müddətdir davam edən problemi həll etmək üçün hər cür imkanları var.

Related posts

“Goldman Sachs” ABŞ iqtisadiyyatının artım proqnozunu aşağı salıb

Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib

CNN yüzlərlə əməkdaşını ixtisar edəcək