ABŞ səhm bazarı güclü əmək bazarı fonunda artıb

Cümə günü ABŞ-ın səhm bazarı məşğulluq ilə bağlı müsbət hesabatdan sonra artıb. Yeni hesabat əmək bazarına oktyabrda 261.000 yeni iş yerinin əlavə edildiyini nümayiş etdirib.

BBN.az Business Insider nəşrinə istinadən xəbər verir ki, S&P 500 1.12% artaraq 3.761.61 olub.

Dow Jones isə 1.07% yüksələrək 32.342.12, texnologiya ağırlıqlı NASDAQ isə 0.97% artaraq 10.443.24 olub.

Qeyd edək ki, ekspertlər isə bildirirlər ki, məşğulluq ilə bağlı yeni hesabat ABŞ əmək bazarının olduqca güclü olduğunu, gəlirlərin artdığını göstərir. Bu isə ölkənin Mərkəzi Bankının (FED) istədiyi ən son hadisədir, çünki güclü əmək bazarı inflyasiyanı yüksəkdə saxlayır. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı