Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bütün ödənişlərimdə necə keşbek qazana bilərəm? - BBN

Bütün ödənişlərimdə necə keşbek qazana bilərəm?

Azərbaycanın yeni elektron pulqabısı – m10 tətbiqi istifadəçilərinə indi daha sərfəli ödənişlər etmək imkanı verir. Tətbiq vasitəsi ilə həyata keçirilən bütün ödənişlər öz sahiblərinə 2% keşbek qazandırır. 

PashaPay məhsulu olan m10-nun istifadəçiləri kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası və internet ödənişləri etməklə bütün ödəniş kateqoriyalarından eyni zamanda bonuslar toplaya bilərlər. Keşbek dərhal istifadəçi balansına yüklənir. Qazanılan məbləği bildirişlər bölməsindən izləmək mümkündür.

Rahat və təhlükəsiz m10 tətbiqindən tək nömrənizlə qeydiyyatdan keçərək istifadə edə bilərsiniz. Ölkədaxili sürətli köçürmələrinizi komissiyasız həyata keçirmək, eləcə də balansınızdakı pulu bütün Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdırmaq olar. Üstəlik, tətbiqdə heç bir gizli şərt yoxdur.

PashaPay, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Şirkətin missiyası istənilən yerdə, istənilən zaman hər kəsin pulunu asan və rahat idarə etməsi üçün maliyyə xidmətləri hazırlamaqdır. Şirkət həm geniş kütləyə, həm də sahibkarlara “Həyatı asanlaşdırırıq” vədini verir. 

m10 yeniliklərini Facebook və Instagram səhifələrimizdən izləyin.

Related posts

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif!

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı