Oktyabrın 4-də dünyanın ən böyük maliyyə institutu Wall Street səhm bazarında inkişaf olub, bu isə aylardan sonra, yəni iyuldan bəri sahə üzrə ilk qeydə alınan ən yaxşı gün hesab edilib.
BBN.az ABC News TV proqramına istinadən xəbər verir ki, ABŞ-ın 30 ən məşhur şirkətinin səhmlərinin yer aldığı Dow Jones, başqa adla Dow bazarında 2.66%, 765.38 artım qeydə alınıb və 29.490.89-a çatıb.
ABC News-dan bildiriblər ki, belə bir artım ABŞ-ın Mərkəzi Bankının, Federal Ehtiyatlar Sisteminin (FED) noyabr ayında gözlənilən görüşündə daha aqressiv faiz artımı qərarı qəbul etməyəcəyinə siqnaldır.
Qeyd edək ki, oktyabrın 4-də Avstraliyanın Mərkəzi Bankı da proqnozların əksinə daha az faiz artımı qərarı qəbul etmiş, başqa sözlə desək qlobal trendi qırmışdı.