Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ Şimali Koreyanın bəzi bankirlərina sanksiya tətbiq edib - BBN

ABŞ Şimali Koreyanın bəzi bankirlərina sanksiya tətbiq edib

ABŞ Şimali Koreyanın bəzi bankirlərinə sanksiya tətbiq edib.

BBN.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin açıqlamasında bildirilib ki, kibercinayətkarlıq kimi müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində əldə olunan vəsaitlərin yuyulmasında rol oynayan 8 nəfər və 2 quruma qarşı sanksiyalar tətbiq edilib.

Açıqlamada sanksiya tətbiq edilən şəxslər arasında Şimali Koreyalı bankirlərin də yer aldığı, habelə “Korea Mangyongdae Computer Technology Company” adlı informasiya texnologiyaları şirkəti və “Ryujong Credit Bank” adlı maliyyə qurumunun da sanksiyaya məruz qalan təşkilatlar arasında olduğu qeyd olunub.

Məlumata görə, son 3 il ərzində Şimali Koreya ilə əlaqəli kibercinayətkarlar, əsasən kriptovalyuta vasitəsilə, inkişaf etmiş zərərli proqramlar və sosial mühəndislik kimi mürəkkəb üsullardan istifadə edərək 3 milyard dollardan çox vəsait oğurlayıblar.

Related posts

Çində istehlak qiymətləri durğunlaşmağa və istehsalçı qiymətləri azalmağa davam edir

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı