Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ şirkətləri Azərbaycanın əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib - BBN

ABŞ şirkətləri Azərbaycanın əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edib.

Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin, dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq”, – Mikayıl Cabbarov qeyd edib.

Mənbə: Report.az

Related posts

Azərbaycan bazarı ABŞ şirkətləri üçün yüksək investisiya potensialına malikdir

Qızıl üçün şok proqnoz: Wells Fargo 2026 hədəfini kəskin artırdı – 6 300 dollar gündəmdə!

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı