ABŞ sosial media istifadəçiləri İlon Maska məxsus X-ə alternativ olan Bluesky platformasına müraciət etməyə başlayıblar.
BBN.az The Verge saytındakı məlumata istinadən xəbər verir ki, keçən həftə keçirilən seçkilərdən bəri Bluesky-ə 700 mindən çox yeni istifadəçi qoşulub. Twitter-in qurucusu və baş direktoru Cek Dorsi tərəfindən qurulan Bluesky, dünya üzrə 14,5 milyon istifadəçiyə çatıb.
Platforma ABŞ-da Threads-dən sonra ən çox istifadə edilən ikinci sosial media proqramı oldu.
Bluesky Baş Əməliyyat Direktoru (COO) Rose Wang, yeni istifadəçilərin əksəriyyətinin ABŞ-dan olduğunu bildirdi.
2019-cu ildə Twitter daxilində bir layihə olaraq qurulan Bluesky, 2022-ci ildə müstəqil bir şirkət oldu.
Sentyabrda Braziliyada X dayandırıldıqdan sonra hazırda Jay Graber tərəfindən idarə olunan platformaya 3 milyon yeni istifadəçi qoşuldu.