Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ tarixinin ən böyük maliyyə fırıldaqçılıq işlərindən biri yekunlaşmaq üzrədir - BBN

ABŞ tarixinin ən böyük maliyyə fırıldaqçılıq işlərindən biri yekunlaşmaq üzrədir

Bir neçə saatdan çox davam edən məhkəmə prosesinin nəticəsində fırıldaqçılığın (fraud) bir sıra növləri (ümumilikdə 7-red.) üzrə günahkar bilinən, bir zamanların məşhur kripto milyarderi Sam Bankman – Fried-ı ömrünün sonuna qədər həbs gözləyə bilər.

BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, onun hüquqlarını müdafiə edən vəkil isə bildirib ki, biz məhkəmənin gəldiyi yekun nəticə ilə razı deyilik və Sam Bankman-ın günahsızlığının sübut olunması istiqamətində səylərimizi davam etdirəcəyik. Məhkəmədən isə qeyd ediblər ki, kriptovalyuta yeni ola bilər, Sam Bankman kimi bazar oyunçusu da yeni ola bilər, ancaq onun etdiyi fırıldaqçılıq, korrupsiyanın isə tarixi köhnədir.

Qeyd edək ki, o, 30 yaşından öncə kripto dəyişdirmə şirkəti FTX-ə görə milyarder hesab edilirdi və şəxsi sərvətinin həcmi isə 26 milyarddan çox qiymətləndirilirdi. Bildirilir ki, o, müştərilərin vəsaitlərindən istifadə etməklə daşınmaz əmlaka investisiya edib və siyasi partiya kampaniyalarını dəstəkləmək üçün maliyyə ayırıb.

Əlavə edək ki, ekspertlər isə gözləyirlər ki, Konqres (qanunların qəbul edildiyi yer-red.) kripto bazarını tənzimləmək üçün yeni qaydalar işləyib hazırlayacaq. Ancaq bir qism ekspert isə bu fikirdədir ki, Konqres hələ də kriptonun nə olması haqda məlumatlı deyil, ona görə də bu istiqamətdə qaydaların hazırlanacağını gözləmək yanlışlıq olardı.

Related posts

ABŞ məhkəməsi Trampın immiqrasiya məhdudiyyətlərini qanunsuz elan edib

Çinin valyuta ehtiyatları may ayında maksimuma çatıb

Bu il dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı