ABŞ Xəzinə nazirindən cari iqtisadi vəziyyət ilə bağlı maraqlı açıqlama

“İşsizlik dərəcəsinin son 53 ilin aşağısında olduğu müddətdə ölkədə iqtisadi tənəzzül yoxdur”.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzinə naziri Janet Yellen bazar ertəsi açıqlamasında deyib. 

Nazir ABŞ-da iqtisadi tənəzzül qorxularının geri çəkildiyinə, inflyasiyanın nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünə və iqtisadiyyatın güclü olmasının isə əmək bazarına müsbət təsirinə səbəb olduğunu bildirib.

“Təkcə yanvarda əmək bazarına 500.000 yeni iş yeri əlavə edilib, işsizlik dərəcəsi 50 ildən çox bir müddətdə ən aşağı səviyyədədir”, – bu haqda Yellen ABC-nin “Good Morning America” proqramında deyib. 

Qeyd edək ki, axırıncı dəfə ABŞ özünün borc limitinə çatmışdı, hazırda isə Xəzinədarlıq Departamenti potensial defoltun (ölkə əldə etdiyi borcları ödəyə bilmir) qarşısını almaq üçün ölçülər həyata keçirməkdə idi və bununla bağlı olaraq qurumun rəhbəri, Xəzinə naziri Janet Yellenin üzərinə böyük təzyiq düşürdü. ABC News TV-yə istinadən bildirək ki, ABŞ hökuməti yanvarın 19-da özünün 31.4 trilyon dollarlıq borc limitinə çatıb.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı