Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək - BBN

Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar həmin binada yerləşən Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Bu, mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.

Qeyd edək ki, hadisə axşam saatlarında, DOST mərkəzinin fəaliyyət göstərmədiyi vaxt baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı