“Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir

Bu gün “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

“Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir – “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir. “Abşeron” qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik”, – nazir qeyd edib.

Related posts

Azərbaycan nefti ucuzlaşıb

“Brent” neftinin qiyməti 80 dollara yaxınlaşır

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı