ABTC tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilib

15-16 iyul 2024-cü il tarixlərində  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABTC tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Təlim Proqramı bu tədbirlər çərçivəsində MKOB subyektlərinin maliyyələşdirilməsi üzrə anderraytinq, monitorinq və hesabatlıq potensialının artırılması üzrə təlim və sertifikasiya proqramının hazırlanması məqsədi ilə ilk faza olaraq keçirilmişdir.

İki günlük baş tutan təlim proqramında təlimçilər qismində “Bank Respublika”ASC-nin icraçı direktoru Akif Abdullayev və “Kapital Bank” ASC-nin Korporativ kreditlərinin təhlili şöbəsinin rəisi Elçin Hacıyev çıxış etmişdirlər.

Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

Related posts

İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı