Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Access Bankirlər Məktəbi” layihəsi reallaşdırıldı - BBN

“Access Bankirlər Məktəbi” layihəsi reallaşdırıldı

“AccessBank” sayca üçüncü bankçılıq məktəbi layihəsini bitirir. Təqaüd proqramı çərçivəsində həyata keçirilən və 3 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən iştirakçılar tezliklə Bankda işlə təmin olunacaqlar.

Qeyd edək ki, yanvar-fevral aylarında baş tutan sənəd qəbulu zamanı budəfəki proqrama qatılmaq üçün 1500-dək müraciət daxil olub. Bakı və bölgələrdən olan məzun və ya sonuncu kurs tələbələri ilkin mərhələdə iştirak etmək üçün CV və niyyət məktubu göndəriblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, dünyagörüşü və dil bilikləri nəzərə alınıb. İlkin mərhələdə seçilmiş 200 namizəd test mərhələsinə dəvət alıb. Müxtəlif sınaqlardan keçdikdən sonra 17 iştirakçı proqrama qatılıb. İştirakçılara Bank tərəfindən təkcə nəzəri biliklər deyil, həm də təcrübə şansı təqdim edilib. Bu dönəmdə onlar Bankın quruluşu, fəaliyyəti, gündəlik iş prosesi ilə yaxından tanış olublar. İştirakçılar müxtəlif departament və filiallarda təcrübə keçməklə yanaşı, həm də “AccessBank”ın bölgələrdəki filiallarının fəaliyyəti ilə tanış olublar.  

“AccessBank”ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə bildirir ki, Bank, təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir: ”Bizim bank tarixən təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlarımız Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olan kimi gəliblər. Burada püxtələşib, professionallaşıblar. Əminliklə demək olar ki, “AccessBank” Azərbaycanda bankçılıq məktəbi sayılır.”

Qeyd edək ki, “Access Bankirlər Məktəbi” hazırda Azərbaycanda təqaüd əsaslı və praktik bankçılıq təcrübəsi verən yeganə layihədir.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı