AccessBank-da yeni İcraçı Direktorlar təyin olunub

Bu gündən etibarən AccessBank-da Mikro və KOBM üzrəİcraçı direktor fəaliyyətə başlayır. Bu, təyinatınadək Bankın Mikro və Aqro Müştərilər Departamentinin rəhbəri olmuş Renat Hümbətovdur. O, 17 ildir ki, AccessBank-da fəaliyyət göstərir. Cənab Hümbətov 2005-ci ildə Bankın sıralarına qoşulub, müxtəlif illərdə AccessBank-ın Qazax və Gəncə filiallarının rəhbəri kimi fəaliyyət göstərib.

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 

Digər təyinata əsasən, Ruqiyyə Əliyeva AccessBank-ın Maliyyə üzrə İcraçı direktoru təyin edilib. O, AccessBank komandasına 2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə Departamentinin rəhbəri vəzifəsində işləyib. AccessBank-dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və Azerconnect kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib. 

Ruqiyyə Əliyeva ilk ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə dünyanın aparıcı biznes məktəblərindən biri olan “IE Business School”da İcraçı MBA dərəcəsini alıb.  

Related posts

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

Azərbaycanda pul bazası artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 26%-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı