Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank-dan “Gül kimi” təklif - BBN

AccessBank-dan “Gül kimi” təklif

01.04.2026 Azərbaycanda sahibkarlığın dəstəklənməsi istiqamətində aparıcı maliyyə institutlarından biri olan AccessBank mikro bizneslərin inkişafına töhfə vermək məqsədilə yeni “Gül kimi” təklifini təqdim edir.

Təklif çərçivəsində sahibkarlar AccessBank tərəfindən təqdim olunan Mikro Biznes Dəstəyi məhsulu ilə 100 000 AZN-dək maliyyələşməni sərfəli şərtlərlə əldə edə bilərlər. Bu təklif xüsusilə fəaliyyətini genişləndirmək və ya yeni biznes qurmaq istəyənlər üçün əlverişli imkan yaradır.

Mikro Biznes Dəstəyi krediti maksimum 48 ay müddətinədək təqdim olunur, komissiya haqqı isə 0–3% aralığındadır. Kredit üzrə illik faiz dərəcəsi minimum 12%, maksimum 30% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 19%-dən başlayır.

AccessBank sadə və şəffaf şərtlər, operativ xidmətlər və ehtiyaclara uyğun çevik maliyyələşmə imkanları təqdim etməyə davam edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı