Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir - BBN

“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir

Əməkdaş və müştərilərinin təhlükəsizliyə önəm verən “AccessBank” bölgə filiallarında mülki müdafiə təlimlərini davam etdirir. 

Bu dəfəki təlimlər Bankın İsmayıllı, Göyçay, Şəki və Zaqatala filiallarında baş tutub. Seminarların əsas məqsədi filial əməkdaşlarını təhlükəsizlik və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaqdır.

Qeyd edək ki, “AccessBank” oktyabr ayında bölgə filiallarında mülki müdafi təlimlərinə start verib. Xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən seminarlar İkinci Qarabağ müharibəsi ilə əlaqədar ilk olaraq Bankın cəbhəyani, həmçinin müharibə dönəmində hücumlara məruz qalan digər bölgələrində yerləşən filiallarında baş tutub. Bundan başqa, mülki müdafiə və ilkin tibbi yardım təlimləri Bankın cənub regional filiallarını da əhatə edib. Təlimlər digər bölgə filiallarında, həmçinin Bakı və Abşeron filiallarında da tezliklə həyata keçiriləcək.

Related posts

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı