“AccessBank” müştərilərinin nəzərinə vacib məlumat

“AccessBank” müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini artırmaq məqsədilə T24 Bank sistemində təkmilləşdirmə işlərinin aparılmasını planlaşdırır. Bu səbəbdən 19-24 mart tarixlərində aşağıda sadalanan istiqamətlər üzrə xidmət məhdudiyyətləri tətbiq olunacaq:

Bankdaxili ödəniş terminalları, “myAccess” internet və mobil bankçılıq xidmətləri, həmçinin E-manat, Milli On, Goldenpay, Hesab.az ödəniş sistemləri vasitəsilə əməliyyatların icrası müvəqqəti olaraq dayandırılacaq.

Kartlarla bağlı digər bütün əməliyyatlar – bankomatlarda nağdlaşdırma, POS terminallar ilə ödənişlər, elektron\onlayn ticarət, digər tətbiq və onlayn ödəniş kanalları vasitəsilə kartdan karta əməliyyatların icrası olduğu qaydada davam edəcək.

25 mart tarixindən etibarən bütün xidmətlər fəaliyyətlərini bərpa edəcəklər.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı