Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"AccessBank" QSC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - BBN

“AccessBank” QSC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccessBank” QSC-nin ümumi dəyəri 5,000,000 (beş milyon) ABŞ dolları olan istiqrazları (Aqrar İnkişaf İstiqrazları) standart bazar seqmentində listinqə daxil edilib.

29 noyabr 2022-ci il tarixində “AccessBank” QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumatlar:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiHərrac tarixi  Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2004004282Faizli təmin edilməmiş sənədsiz adlı5,000 (ədəd)1,000 ABŞ dolları5,5 %    29.11.202218 ay  Hər 3 təqvim ayından bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Related posts

Beynəlxalq əmtəə və fond və valyuta bazarlarının göstəriciləri (22.05.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (05.05.2026)

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı