Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Accessbank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

“Accessbank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “AccessBank” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2004004282 dövlət qeydiyyat nömrəli, 5,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının (Aqrar İnkişaf İstiqrazları) yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 1,000 ABŞ dolları qiymətindən 6 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1,000 ABŞ dollar müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 5,5 %, faiz ödəniş dövrü isə hər 3 (üç) təqvim ayından bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5,000,000.00 ABŞ dolları təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000.00 ABŞ dolları təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 29.05.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Related posts

“Brent” 100 dolların üzərində rəqs edir: Danışıqlar dalana dirəndi, Hörmüz boğazında gəmilərin yolu hələ də bağlıdır!

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (22.04.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (10.04.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı