AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender səyahətin təşkili xidmətləri üzrə elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il yanvar 18-də başa çatır.