Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında - BBN

AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında

08.04.2026.  AccessBank 2025-ci ilin nəticələrinə əsasən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti siyahısına daxil edilib (https://www.taxes.gov.az/uploads/Top100/2025_1.pdf ).  Bu nüfuzlu siyahıda yer almaq bankın vergi öhdəliklərinə yüksək məsuliyyətlə yanaşdığını və ölkə iqtisadiyyatının inkişafına verdiyi davamlı töhfəni bir daha təsdiqləyir. AccessBank 2024-cü ilin nəticələrinə görə də bu siyahıda yer alıb.

Əldə olunan nəticə AccessBank-ın maliyyə dayanıqlılığını, eləcə də fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini əks etdirir. Bank maliyyə sektorunun etibarlı iştirakçısı kimi fəaliyyətini qüvvədə olan qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun şəkildə davam etdirir.

AccessBank qarşıdakı dövrdə də şəffaflıq, məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin təqdim olunmasını, iqtisadi fəallığın artırılmasını və ölkə iqtisadiyyatına töhfənin genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Related posts

Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlığa dair mühüm müqavilə imzalanıb

Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı