“AccessBank”dan Qurban bayramı münasibətilə 5% “cashback”!

“AccessBank”, Qurban bayramı münasibətilə 30 iyul – 1 avqust 2020-ci il tarixlərində ölkə üzrə bütün supermarketlərdə ediləcək alış-veriş zamanı kartları vasitəsilə həyata keçiriləcək nağdsız ödənişlərin 5%-ni müştərilərinə “cashback” olaraq geri qaytarır. “Cashback” əməliyyatdan sonra 10 iş günü ərzində kart hesabına otuzdurulacaq və müştəriyə bu haqda məlumat müvafiq sms vasitəsilə göndəriləcək. 

Ətraflı məlumat üçün: https://accessbank.az/az/our-bank/news/detail.php?id=20974

Bundan başqa, Qurban bayramı münasibətilə “AccessBank”ın bütün kartlarını avqust ayının 15-dək 50% endirimlə əldə etmək mümkündür.     

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı