Açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər. Bu xidmətin təşkili məqsədilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir. 

Sahibkarlar KOB evlərindəki xidmət masalarına yaxınlaşmaqla açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi, bununla bağlı informasiya və lazımi sənədlər barədə məlumat ala, eləcə də hazır sənədi götürə bilərlər. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı