Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər - BBN

ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər

Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni” QSC-nin genişləndirilməsi üzrə 850 milyon ABŞ dolları dəyərində investisiya layihəsini nəzərdən keçirir.

BBN.az xəbər verir ki,layihəsinin təsdiq edilməsi 26 avqust 2027-ci ilə gözlənilir.

Bank bəyan edib ki, son illər Bakıda metrodan istifadə elə sürətlə artıb ki, mövcud və potensial tələbatın qarşılanması üçün şəbəkənin genişləndirilməsi və xidmət tezliyinin artırılması zərurəti yaranıb. Odur ki, “Bakı Metropoliteni” Yaşıl və Bənövşəyi xətləri üzrə əlavə 20 km tunelin,, 9 yeni stansiyanın (Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə 5) və 2 deponun inşasını, əlavə hərəkət tərkibinin (300 vaqon) alınmasını nəzərdə tutan layihə hazırlayır. Layihənin ümumi dəyəri təxminən 2,6 milyard ABŞ dollarıdır.

Bu investisiya proqramı artan nəqliyyat sıxlığı ilə üzləşən Böyük Bakının ərazisində metro xidmətlərinin əhatə dairəsini genişləndirmək üçün zəruridir. Əməliyyat sistemlərinin modernləşdirilməsi ilə birlikdə layihənin sistemin illik daşıma qabiliyyətini 25 milyon sərnişin artıracağı gözlənilir. Bu artım əsasən qatarlararası intervalın 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə endirilməsi hesabına təmin olunacaq.

Proqram krediti 30 yanvar 2025-ci ildə təsdiq edilmiş “2025-2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üzrə Dövlət Proqramı”nın ayrılmaz hissəsidir. Proqramın məqsədi Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunu təkmilləşdirmək, iqtisadi inkişafı sürətləndirmək, paytaxtın Baş Planına (2020-2040) uyğun olaraq əhalinin həyat səviyyəsini yüksəltməkdir.

Related posts

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

“10-u qaçırma”: Bank Respublika Visa Wolt kartı ilə McDonald’s-da endirim qazan!

EBRD Azərbaycandakı cari layihə portfelini və əməliyyat aktivlərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı