Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB süni intellektin tətbiqi üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə başlayıb - BBN

ADB süni intellektin tətbiqi üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə başlayıb

Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası iqlim dəyişikliklərinə uyğunlaşma və infrastrukturun gücləndirilməsi məqsədilə süni intellektdən istifadəyə yönəlmiş yeni regional texniki yardım layihəsini təsdiqləyib.

BBN.az xəbər verir ki, ADB-nin məlumatına görə, “Dayanıqlı infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt” adlı təşəbbüsə bankın üzvü olan 42 ölkə, o cümlədən Azərbaycan daxildir.

Layihə 800 min ABŞ dolları həcmində Xüsusi Texniki Yardım Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.

Təşəbbüs çərçivəsində iştirakçı ölkələrin dövlət qurumlarının iqlim və təbiət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün süni intellekt əsaslı analitik alətlərlə təmin edilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədləri arasında əhalinin həssas qruplarının təbii fəlakətlərdən qorunması və kritik infrastruktur obyektlərinin dayanıqlılığının artırılması da yer alır.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları investisiya yatırıb. Vəsaitin 4,4 milyard dolları dövlət, 1,2 milyard dolları isə özəl sektorun layihələrinə yönəldilib.

ADB-nin Azərbaycanda əsas maliyyələşdirmə istiqamətləri energetika və nəqliyyat sektorları olub. Yeni tərəfdaşlıq strategiyası çərçivəsində bankın Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti təqdim etməsi planlaşdırılır.

ADB 1966-cı ildə yaradılıb və hazırda 69 səhmdar ölkəni birləşdirir. Bankın mənzil-qərargahı Manilada yerləşir.

Related posts

Azərbaycanda rəqəmsal xidmətlərə görə yeni vergi mexanizmi sentyabrın 1-dən qüvvəyə minir

DBS 1 500 bank əməkdaşı üçün AI agentlərini istifadəyə verir

“Nvidia”nın AI serverlərinin qiyməti 15%-dən çox arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı