“Adidas” illik gəlirini 6,44 milyard avroya çatdırıb

Populyar idman malları brendi olan “Adidas” 2024-cü ilin üçüncü rübündə gəlirini 7% artıraraq 6,44 milyard avroya çatdırıb.

BBN.az xəbər verir ki, bu barədə şirkətin ilkin hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, son rübdə şirkətin əməliyyat mənfəəti 409 milyon avrodan  46% artaraq 598 milyon avroya çatıb. Ümumi marja da 2 faiz bəndi artaraq 51,3%-ə yüksəlib.

Şirkətin yeni proqnozuna əsasən, bu il onun gəliri təxminən 10% artacaq, əməliyyat mənfəəti isə 1,2 milyard avroya çatacaq.
Əvvəllər gəlirin 8-9% artacağı və əməliyyat mənfəətinin təxminən 1 milyard avro olacağı planlaşdırılırdı.

Müsbət nəticələrə baxmayaraq, “Adidas” səhmləri çərşənbə günü ticarətdə 3,2% ucuzlaşıb. Bununla belə, bu ilin əvvəlindən onlar hələ də 26% artım göstərirlər.

Related posts

“Tesla” səhmləri ucuzlaşmaqda davam edir

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı