Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AFB Bank” brendinin yenilənməsi imkanlarını araşdırır - BBN

“AFB Bank” brendinin yenilənməsi imkanlarını araşdırır

”AFB Bank”ın 2025-2029-cu illəri əhatə edən strateji baxışında brendin yenilənməsi və gücləndirilməsi də nəzərdə tutulur”.

Bunu keçirilən mətbuat konfransında “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qəmbərov bildirib.

Bankın sədri qeyd edib ki, “AFB Bank”ın rebrendinq edilməsinə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün araşdırmalara başlanılıb:

“Biz hazırda bazarı araşdırırq. Bir sıra bankların adında abreviaturadan istifadə edilir (sözlərin baş hərfləri ilə müxtəsər yazılışı – red), onlar haradsa bir-birini təkrarlayır və oxşarlıq hiss olunur. Bankın adı abreviatura şəkilində yazılan və səsləndirilən zaman bəzən mesaj qeyri-aydın, reklam xərcləri səmərəsinz ola bilər. Biz hazırda araşdırma aparırıq. Araşdırmanın nəticəsində “AFB Bank” adının rebrendinq edilməsinə ehtiyac olub-olmayacağını müəyyənləşdirəcəyik: Biz müştərilərə necə xitab etsək və ya müştərilər bizə necə xitab etsə daha məqsədəuyğun olar. Məndə olan dəqiq məlumata görə, bu araşdırmanı digər banklar da aparırlar. Biz bankımızın brendini də gücləndirmək istəyirik. Brendimizi elə gücləndirmək istəyirik ki, müştəri bankımızın adını eşidən zaman hansı seqmentlərdə daha öndə olduğumuzu təsəvvür etsin və xidmətlərimizdən yaralansın”.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

AMB-də kommersiya banklarının strateji hədəfləri müzakirə olunub

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı