Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AFB Bank”da Zəfər günü ərəfəsində Qanvermə aksiyası keçirib - BBN

“AFB Bank”da Zəfər günü ərəfəsində Qanvermə aksiyası keçirib

AFB Bankın Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində “Talassemiyasız yaşam üçün” – “Qan ver, həyat qurtar!” şüarı altında qanvermə aksiyası baş tutub.

Aksiya, Zəfər günü öncəsi AFB Bank və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə əməkdaşlar arasında könüllü şəkildə həyata keçirilib.

Bankın mərkəzi ofisində təşkil olunan aksiyada iştirak edərək, qana ehtiyacı olan insanlara dəstək olan işçilərin ilk olaraq sağlamlıq vəziyyəti həkim hemotoloqlar tərəfindən yoxlanılmış və daha sonra qan götürülmüşdür.

Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.

Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.

Related posts

XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış”

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Unibank bankomat şəbəkəsini yeniləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı